Şou-biznes

"Pandemiyada bütün maşınlarımı satdım" - FOTO

29 Aprel 2025 17:17
Baxış: 1 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Emin Ağalarov maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, pandemiya vaxtlarını yada salan müğənni maşınlarını satmalı olduğunu bildirib.

Emin bu barədə sosial media hesabında paylaşım edib.

Satılan maşınların arasında "Hummer" markalı avtomobili də olub:

"Uşaqlıqdan arzum idi ki, "Hummer"im olsun. 40 yaşlarımda olanda nəhayət istədiyimi tapıb ala bildim. Çox gözəl idi, almasam olmazdı. Amma bir o qədər də rahat deyildi. Çox da sürmədim. Əla görünürdü, uşaqlar da sevirdi. Sonra pandemiya başladı. Bütün maşınlarımı satmalı oldum. Onu da həmçinin. Daha sonra onu satın almaq istəsəm də, tapa bilmədim". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.