Siyasət

Prezidentdən Naxçıvanla bağlı sərəncam

29 Aprel 2025 16:09
Baxış: 645

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Sərəncam İmzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri dəyişdirilib.

Əsas icraçı qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurum isə Naxçıvanın Nazirlər Kabineti müəyyən edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.