Səhiyyə

Sumqayıt Göz Xəstəxanasında növbə gözləyən yoxdu - Baş həkim isə gözdən uzaq düşüb - ŞİKAYƏT

29 Aprel 2025 15:37
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.

Milli.Az xəbər verir ki, vətəndaş xəstəxanada növbə olmamasından şikayətlənir. Onun sözlərinə görə, xəstəxanada problemini bildirmək üçün nə baş həkimi, nə də məsul şəxslərdən heç kimi tapmaq mümkün deyil. Vətəndaşın sözlərinə görə, insanlar bir neçə dəfə növbəyə dursalar da, amma bu prinsipin pozulduğunu iddia edir. 

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aparılan optimallaşdırma işləri səbəbindən müəyyən sıxlıq müşahidə olunsa da, bütün pasiyentlərin qəbulu elektron növbə sistemi vasitəsilə həyata keçirilir: 

"Vətəndaşlar tərəfindən ixtisaslı həkimlərə müraciət sayında artım qeydə alınır. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində növbə yaranmasına səbəb olur". 

Qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər, eləcə də şəhid ailələrinin üzvləri, qazilər növbəsiz şəkildə qəbul olunur.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.