Səhərlər yeyilir, ancaq bu forması zərərlidir - "İçində zəhər var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli professor Canan Karatay zeytunun yanlış istehlakının sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib.
Milli.Az xəbər verir ki, onun dediyinə görə zeytunu su ilə yuyub, duzunu çıxarıb yemək orqanizm üçün zərərlidir və bu vərdiş sonsuzluğa belə yol aça bilər.
Canan Karatay sağlam qida qəbulunun vacibliyini vurğulayaraq bildirib ki, kristal duzla hazırlanmış yağlı pendir və zeytun istehlak edilməlidir. O qeyd edib ki, evdə istifadə olunan müxtəlif təmizləyicilərdə zəhərli maddələr olduğu üçün evlərin tam steril olması vacib deyil, əsas məsələ təmiz qida qəbul etməkdir.
Zeytun tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli hüceyrələrdən təmizləyir və xərçəng riskini azaldır. A və E vitaminləri ilə zəngin olan zeytun göz sağlamlığını qoruyur, gecə görməni gücləndirir və yaşla bağlı göz xəstəliklərinin qarşısını alır.
Uşaqlarda sümük inkişafını dəstəkləyən zeytun yaşlılarda isə sümük qırılmalarının qarşısını alır. Antioksidantlarla zəngin olan bu qida həm də ürək xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Zeytun E vitamini ilə beyin funksiyalarını qoruyur, sinir sistemini gücləndirir və Alzheimer riskini azaldır. Dəmir mənbəyi olan zeytun qırmızı qan hüceyrələrinin istehsalına kömək edərək orqanizmin oksigenlə təmin olunmasına dəstək verir.
Zeytun və zeytun yağı həzm sisteminin sağlam işləməsinə kömək edir, mədə turşusunu azaldır, qastrit kimi problemlərin qarşısını almağa yardım edir və safra daşı riskini azalda bilir.
Qanazlığının qarşısını alan, A, D, E və K vitaminləri ilə zəngin olan zeytun uşaqlarda bədən inkişafını sürətləndirir və daha güclü əzələ-sümük quruluşunun formalaşmasına kömək edir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir





