Səhərlər yeyilir, ancaq bu forması zərərlidir - "İçində zəhər var"

29 Aprel 2025 16:00

Türkiyəli professor Canan Karatay zeytunun yanlış istehlakının sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib.

Milli.Az xəbər verir ki, onun dediyinə görə zeytunu su ilə yuyub, duzunu çıxarıb yemək orqanizm üçün zərərlidir və bu vərdiş sonsuzluğa belə yol aça bilər.

Canan Karatay sağlam qida qəbulunun vacibliyini vurğulayaraq bildirib ki, kristal duzla hazırlanmış yağlı pendir və zeytun istehlak edilməlidir. O qeyd edib ki, evdə istifadə olunan müxtəlif təmizləyicilərdə zəhərli maddələr olduğu üçün evlərin tam steril olması vacib deyil, əsas məsələ təmiz qida qəbul etməkdir.

Zeytun tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli hüceyrələrdən təmizləyir və xərçəng riskini azaldır. A və E vitaminləri ilə zəngin olan zeytun göz sağlamlığını qoruyur, gecə görməni gücləndirir və yaşla bağlı göz xəstəliklərinin qarşısını alır.

Uşaqlarda sümük inkişafını dəstəkləyən zeytun yaşlılarda isə sümük qırılmalarının qarşısını alır. Antioksidantlarla zəngin olan bu qida həm də ürək xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Zeytun E vitamini ilə beyin funksiyalarını qoruyur, sinir sistemini gücləndirir və Alzheimer riskini azaldır. Dəmir mənbəyi olan zeytun qırmızı qan hüceyrələrinin istehsalına kömək edərək orqanizmin oksigenlə təmin olunmasına dəstək verir.

Zeytun və zeytun yağı həzm sisteminin sağlam işləməsinə kömək edir, mədə turşusunu azaldır, qastrit kimi problemlərin qarşısını almağa yardım edir və safra daşı riskini azalda bilir.

Qanazlığının qarşısını alan, A, D, E və K vitaminləri ilə zəngin olan zeytun uşaqlarda bədən inkişafını sürətləndirir və daha güclü əzələ-sümük quruluşunun formalaşmasına kömək edir.

İsmayıl
Milli.Az