İran

İranda dəhşətli PARTLAYIŞ - ölənlərin sayı 70-ə çatdı, 1242 yaralı var - YENİLƏNİB - FOTO

28 Aprel 2025 23:35
Baxış: 7 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:35

Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

İranın Hörmüzqan əyalətinin böhran vəziyyətləri üzrə direktoru bildirib ki, ərazidə yanğınsöndürmə işləri yekunlaşıb.

Xatırladaq ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda təkrar partlayışlar qeydə alınıb. İranın daxili işlər naziri Eskander Momeninin sözlərinə görə, limanda lazımi ehtiyat tədbirlərinin görülməməsi partlayışa səbəb olub.

-------
09:00

26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış nəticəsində xəsarət alanların sayı 1 242 nəfərə yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qeyd edək ki, 26 aprel günorta saatlarında İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində indiyədək 40 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb. Hələlik partlayışın səbəbi haqda rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.

2025.04.27
20:20

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edilib ki, 1205 yaralı var.

--------
18:28

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Milli.Az-ın məlumatına görə, bu barədə İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian ILNA-ya verdiyi müsahibəsində bildirib.

Əvvəlki məlumatlara görə, ölənlərin sayı 28 nəfər idi.

--------
08:59

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb. /Apa

----------------

2025.04.26


Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunun "Şəhid Rəcai" limanında baş verən partlayışdan sonra 6 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti polis rəisi Əli Əkbər Cavidan verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğını hələ də söndürmək mümkün olmayıb. Üstəlik yanğın daha da geniş vüsət alıb.

Əlavə edək ki, bugünkü partlayış nəticəsində 8 nəfər ölüb, xəsarət alanların sayı 750 keçib.

--------
17:30

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

Bu barədə "Report" İran KİV-inə istinadən xəbər verir.

"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.

Milli.Az xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.

15:38

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıb.

15:05

İranın cənubunda baş vermiş güclü partlayış nəticəsində yaralıların sayı 281 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, İran Fövqəladə Hallar Xidmətinin məlumatına görə, partlayışın səbəbi hələlik müəyyən edilməyib. Hazırda əraziyə təcili yardım və xilasetmə əməliyyatları davam edir.

Yaralıların vəziyyəti və hadisənin dəqiq səbəbləri ilə bağlı rəsmi açıqlamalar gözlənilir.​

14:45

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində indiyədək 195 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şəhid Rəcai limanında partlayışdan dərhal sonra hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

Qeyd edək ki, İranın Şəhid Rəcai limanında bu gün güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğın hələ də davam edir. Yanğının söndürülməsi ilə əlaqədar tədbirlər görülür. Hadisənin səbəbinin hələlik dəqiqləşdirilmədiyi bildirilir.

14:28

Fars körfəzi sahilində, Bəndər-Abbas şəhərindən 23 km qərbdə yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı artıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

İranın Hörmüzqan vilayətindəki limanda baş verən hadisə ilə bağlı fövqəladə xidmətlərdən verilən son məlumata görə, xəsarət alanların sayı 80 nəfərə çatıb.

Əvvəlcədən yayılan məlumatda vilayətin fövqəladə hallar xidmətinin nümayəndəsi azı 47 nəfərin yaralandığını bildirmişdi.

Hadisə ilə bağlı məlumat yenilənib və 13:14 Moskva vaxtı ilə xəsarət alanların sayı artırıldığı qeyd olunub. Partlayışın səbəbi və limana dəymiş zərərin miqyası ilə bağlı araşdırmalar davam edir.

14:11

İranın cənub bölgəsində yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində güclü partlayış qeydə alınıb.

Milli.Az mediasına istinadla xəbər verir ki, insident Şəhid Rəcai limanında baş verib.

İlkin məlumatlara əsasən, partlayış limanda saxlanılan ammonyak maddəsi olan konteynerin partlaması nəticəsində baş verib. Partlayışın təsir dairəsi geniş olub, nəticədə azı 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda hadisə yerinə çoxsaylı təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır. Rəsmi qurumlar tərəfindən insidentlə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.