Cəmiyyət

Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)

14 Sentyabr 2026 14:37
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Xaçmaz rayonunda uğurla icrası, o cümlədən arıçılığın və bal emalı müəssisələrinin inkişafının təşviqi məqsədilə Xudat şəhəri ərazisində fəaliyyət göstərən "APİAZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bal istehsalı müəssisəsinə baxış keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzəmmədov baxış zamanı müəssisənin istehsal prosesi, burada yaradılmış şərait və məhsul çeşidləri ilə yaxından tanış olublar.

Müəssisə rəhbərliyi tərəfindən məlumat verilib ki, hazırda "APİAZ" MMC-də illik bal istehsalının həcmi 50 ton təşkil edir. Dövlət Proqramının emal sənayesinin şaxələndirilməsi və idxalı əvəz edən məhsulların istehsalı ilə bağlı hədəflərinə uyğun olaraq, gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulub. Belə ki, yaxın perspektivdə burada balın təkrar emalı hesabına bioloji fəal qida əlavələrinin, təbii tərkibli spreylərin və orqanik kosmetik məhsulların istehsalına başlanılması planlaşdırılır.

Baxış zamanı sahibkarın müraciət və təklifləri dinlənilib, qarşıda duran vəzifələr, eləcə də müəssisənin gələcək inkişaf planları ətrafında geniş fikir mübadiləsi aparılıb. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması üçün dövlət dəstəyinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, "APİAZ" MMC-nin fəaliyyətinin genişləndirilməsi və yeni məhsul növlərinin istehsalına başlanılması "2026-2030-cu illər üçün Dövlət Proqramı"nın rayon üzrə prioritet istiqamətlərindən olan emal potensialının artırılmasına, kənd təsərrüfatı məhsullarına daxili tələbatın ödənilməsinə və qeyri-neft ixracının stimullaşdırılmasına xidmət edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.