İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Şəki yaylası"nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki nasazlıqla əlaqələndirilməsi ilə yanaşı, obyektin təhlükəsizlik qaydalarına əməl edib-etmədiyi ilə bağlı da ciddi suallar yaranıb.
Milli.Az xəbər verir ki, Axar.az-ın redaksiyasına daxil olan yeni məlumat isə bu məsələyə tamam başqa prizmadan baxmağa əsas verir.
Redaksiyamıza müraciət edən şəxsin təqdim etdiyi fotolara əsasən, "Şəki yaylası"nda istifadə olunan Ziplayn avadanlıqlarında əlavə qoruyucu kəmərin istehsalçının nəzərdə tutduğu qaydada quraşdırılmadığı görünür.

Belə ki, hadisə zamanı yerə düşən şəxsin üzərində olan avadanlığın fotosunda hər iki halqanın rolikin alt hissəsinə bərkidildiyi əks olunur. Müraciət müəllifinin sözlərinə görə, əlavə qoruyucu kəmər məhz bu halqalardan biri vasitəsilə trosu əhatə edərək rolikin üzərində yerləşən xüsusi qulaqcığa bağlanmalı idi.
Bu sistemin məqsədi isə rolikdə nasazlıq baş verdiyi halda istifadəçinin trosdan asılı vəziyyətdə qalması və yerə düşməsinin qarşısını almaqdır.
Başqa sözlə, söhbət sadəcə qırılmış bir detalın olub-olmamasından yox, həmin detalın, ümumiyyətlə, düzgün quraşdırılmamasından gedir.
Müraciət müəllifi daha ciddi bir məqama da diqqət çəkir: Eyni quraşdırma üsulu hadisə zamanı istifadə olunan avadanlıqla məhdudlaşmayıb. "Şəki yaylası"nda Ziplayndan istifadə edən digər şəxslərin avadanlıqlarında da əlavə qoruyucu kəmərlərin rolikin alt hissəsinə bərkidildiyi görünür.

Əgər bu görüntülər və iddialar texniki araşdırma zamanı təsdiqlənərsə, o zaman məsələ yalnız bir avadanlığın nasazlığı kimi qiymətləndirilə bilməz.
Müraciət müəllifi bununla bağlı istehsalçı zavodun istifadəçi təlimatını da təqdim edib. Təlimatda əlavə qoruyucu kəmərin trosu əhatə etməklə rolikin üzərindəki xüsusi qulaqcığa bərkidilməsi göstərilir.

Lakin "Şəki yaylası"nda bunun əksinin tətbiq edildiyi görünür. Qoruyucu kəmər rolikin alt hissəsinə bərkidilmiş vəziyyətdə olub.
Daha bir məqam isə hadisə zamanı qopan detalın mahiyyəti ilə bağlıdır.
Müraciət müəllifinin sözlərinə görə, göy oxla göstərilən hissə əlavə qoruyucu kəmər deyil. Onun izahına əsasən, bu, obyekt tərəfindən plastik borunun iki yerə bölünməsi yolu ilə küstar üsulla hazırlanmış əyləc mexanizmidir və hadisə zamanı həmin mexanizm də lentdən qopub.

"Prokurorluğun materiallarında küstar üsulla hazırlanmış və lentdən qopmuş əyləc mexanizmi "əlavə qoruyucunun zədələnməsi" kimi qeyd edilib", - müraciətdə qeyd olunub.
Əgər bu məlumat doğrudursa, burada da ciddi sual yaranır: küstar üsulla hazırlanmış əyləc mexanizmi necə "əlavə qoruyucu" kimi təqdim edilib?
Çünki əlavə qoruyucu sistemin əsas funksiyası məhz rolikdə nasazlıq yarandıqda insanın trosdan asılı vəziyyətdə qalmasını təmin etməkdir. Bunun üçün nəzərdə tutulan sistem isə istehsalçının təlimatında konkret şəkildə göstərilib.


Digər tərəfdən, təqdim olunan görüntülər həmin quraşdırmanın yalnız faciə baş verən avadanlıqda olmadığını göstərirsə, araşdırmanın dairəsi də genişlənməlidir.
Əlavə qoruyucu kəmər niyə düzgün quraşdırılmayıb? Kim tərəfindən quraşdırılıb? İstehsalçının təlimatından niyə kənara çıxılıb? Eyni sistem digər istifadəçilərin avadanlıqlarında da tətbiq edilibsə, buna kim nəzarət edib?
Bu suallar cavablandırılmadan faciənin yalnız "texniki nasazlıq" kimi təqdim edilməsi hadisənin mümkün səbəblərinin mühüm hissəsini kölgədə qoya bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)





