Hadisə

M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)

14 Sentyabr 2026 11:49
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda fəaliyyət göstərən M7 ekspres avtobusunun hərəkəti zamanı qapının açıq vəziyyətdə olduğu görüntülənib.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a şəhər sakinlərindən şikayət daxil olub.

Kadrlardan qapıda nasazlıq olduğu, tam bağlanmadığı görünür.

Sərnişinlərin təhlükəsizliyi baxımından risk yaradan vəziyyətə əlavə olaraq, avtobusda kondisionerin də işləmədiyi iddia olunur.

Qeyd edək ki, M7 nömrəli ekspres marşrutu sentyabrın 7-dən fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlanıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.