Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 15-dən Xırdalan-Bakı istiqamətində qatarların hərəkət vaxtı 10 dəqiqə qısaldılaraq 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.
Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, hazırda Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmir yolu körpüsünün təmiri ilə əlaqədar Xırdalan-Bakı istiqamətində səfər müddəti 45 dəqiqə təşkil edir. Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə bu müddət 35 dəqiqəyə endiriləcək.
Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamətdə sürət həddi bir qədər də artırılacaq. Bakı-Xırdalan istiqamətində səfər müddəti əvvəlki kimi 26 dəqiqə təşkil edəcək, eyni zamanda Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunacaq.
Yeni qrafikə əsasən, Bakı-Xırdalan-Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında əlavə 2 reys, Bakı-Xırdalan istiqamətində isə saat 20:30-a yeni reys təyin edilib. Bununla da şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.
Bundan başqa, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Mövcud 35 turniketə əlavə olaraq yeni zalda 11 turniket quraşdırılıb. Beləliklə, vağzaldakı turniketlərin sayı 32 faiz artaraq 46-ya çatdırılıb.
ADY həmçinin turniketlərdə təmassız ödəniş imkanlarını genişləndirib. Hazırda "Visa" ilə yanaşı, "Mastercard" kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür. Bank kartları ilə ödənilən gediş haqqı artıq səfərin həyata keçirildiyi gün hesabdan çıxılır.
Bakı və Sabunçu vağzallarında, həmçinin Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.
Növbəti mərhələdə isə SİMA Pay vasitəsilə üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Qatarların hərəkət intervalı dəyişdirilir
XƏBƏR LENTİ
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir





