Hadisə

Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)

14 Sentyabr 2026 15:14
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub.

Milli.Az xəbər verir ki, hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində "bu dəfə heç nə olmadı" düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir.

Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da svetoforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.