İran

ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)

3 Sentyabr 2026 21:47
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində daha altı İran hərbçisi həlak olub.

Milli.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, sentyabrın 1-də ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində Hərbi Dəniz Qüvvələrinin altı üzvü öldürülüb.

Daha əvvəl isə həmin hücumlarda İranın hərbi hava və dəniz qüvvələrinin üç pilotu həlak olmuşdu.

Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.