Şou-biznes

Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - (Foto)

3 Sentyabr 2026 20:17
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türk musiqisinin unudulmaz simalarından biri olan İbrahim Tatlıses yay tətilini keçirdiyi Çeşmədə görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İzmirin məşhur istirahət məkanlarından biri olan Ilıcadakı bir məkanda vaxt keçirən sənətçi yerli sakinlərin diqqətini çəkib.

Tatlısesin pərəstişkarları yaxınlaşaraq onunla şəkil çəkdirib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Tatlısesin əvvəlki vaxtlarla müqayisədə daha arıq görünməsi diqqətdən yayınmayıb. Xüsusilə üz cizgilərinin daha da aydınlaşdığını müşahidə edən pərəstişkarlar sənətçinin səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.