Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-2027-ci il mövsümü üzrə ən yaxşı smartfonların adları açıqlanıb. EISA ekspertləri əsas mükafata "Xiaomi 17T Pro" modelini layiq görüblər.
Milli.Az xəbər verir ki, Avropa Görüntü və Səs Assosiasiyasının (EISA) ekspertləri smartfonu güclü texniki göstəriciləri, keyfiyyətli ekranı, kamera sistemi və uzunmüddətli batareya performansına görə yüksək qiymətləndiriblər.
EISA müxtəlif ölkələrdən texnologiya və istehlak yönümlü ixtisaslaşmış nəşrləri birləşdirir. Ekspertlər il ərzində müxtəlif cihazları sınaqdan keçirir, daha sonra isə qaliblər səsvermə yolu ilə müəyyən olunur.
Xiaomi 17T Pro əsas qalib oldu
Bu il smartfonlar arasında əsas mükafatı "Xiaomi 17T Pro" qazanıb. Ekspertlər xüsusilə onun kamera imkanlarını, ekran keyfiyyətini, güclü aparat təminatını və batareya davamlılığını vurğulayıblar.
Qatlana bilən smartfonlar kateqoriyasında isə "Honor Magic V6" ən yaxşı cihaz seçilib. Model batareyası, su və tozdan qorunması, ekranları və yüksək performansı ilə fərqlənib.
Mobil fotoqrafiya üzrə mükafat "Oppo Find X9 Ultra" modelinə verilib. EISA ekspertlərinin fikrincə, smartfonun innovativ kamera sistemi güclü zum imkanlarına malik ayrıca fotokameralara alternativ ola bilər.
Samsung iki mükafat qazandı
"Samsung Galaxy S26 Ultra" süni intellekt imkanlarına görə ilin ən yaxşı smartfonu seçilib.
Ekspertlər "Now Brief", "Now Nudge" və "Photo Assistant" funksiyalarını xüsusi qeyd ediblər. "Photo Assistant" istifadəçilərə səsli və mətn əmrləri vasitəsilə şəkilləri redaktə etməyə imkan verir.
Bundan başqa, cihazın məxfilik və təhlükəsizlik sistemlərində maşın öyrənməsi texnologiyalarından istifadə olunması da yüksək qiymətləndirilib.
"Samsung"un ikinci mükafatı isə "Galaxy Buds4 Pro" qulaqlıqlarına verilib. EISA onların təkmilləşdirilmiş aktiv səsboğma sistemini və ətraf mühiti davamlı analiz edərək parametrləri avtomatik dəyişən süni intellekt funksiyalarını yüksək qiymətləndirib.
Qulaqlıqların təhlükəsizlik baxımından diqqətçəkən xüsusiyyətlərindən biri siren səslərini aktiv səsboğma rejimində belə istifadəçiyə ötürə bilməsidir.
Ekspertlər həmçinin telefon danışıqları zamanı səs ötürülməsinin keyfiyyətini yüksək qiymətləndiriblər. (Lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





