Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko yığma karyerasına nə vaxt son qoyacağını açıqlayıb.
Milli.Az xəbər verir ki, 40 yaşlı futbolçu sosial şəbəkə hesablarında UEFA Millətlər Liqasında oktyabrın 2-də İsveçlə keçiriləcək qarşılaşmanın onun üçün milli komandada son oyun olacağını bildirib.
Edin Ceko paylaşımında Bosniya və Herseqovina millisinin formasını geyinməyin onun üçün xüsusi qürur mənbəyi olduğunu vurğulayıb.
"Karyeramda bu formanı geyindiyim hər dəfə hiss etdiyim qürurla heç nə müqayisə oluna bilməz. Heç nə. Bu, futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində özümlə daşıdığım uşaqlıq arzum idi. İlk dəfə olduğu kimi, hər zaman bununla qürur duymuşam. Türkiyə yığmasına qarşı keçirilən həmin matçdan, demək olar ki, 20 il ötüb. Çox şey dəyişdi, mən də dəyişdim, lakin bu formaya olan sevgim heç vaxt dəyişmədi. İndi kənara çəkilmək vaxtının gəldiyini hiss edirəm", - deyə E.Ceko qeyd edib.
Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 151 oyuna çıxıb və 73 qol vurub. O, iki dəfə dünya çempionatının final mərhələsində iştirak edib.
Bosniya və Herseqovina yığması DÇ-2026-da tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda 1/16 finalda ABŞ-yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Klub səviyyəsində Almaniyanın "Şalke 04" komandasında çıxış edən Edin Ceko-nun hazırkı transfer dəyəri 1 milyon avro qiymətləndirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
-
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
-
Françesko Totti basketbol klubunda!
-
ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
-
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Rusiyada hərbçiyə silahlı hücum: Zabit sinəsindən və üzündən vuruldu
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
-
Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə dələduzluq edənlərə 7 il həbs verildi
-
“Meta” yeni süni intellekt modelini istifadəyə verib
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
-
Rusiyada səfərbərlik olacaq? - Putin açıqladı
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
-
Günəşdə güclü partlayış oldu
-
Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi
-
Baldızının toyuna getməyən Fahriyedən diqqət çəkən paylaşım - (Fotolar)
-
Türkiyədə anbarda güclü yanğın - (Video)
-
Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər - Rəsmi
-
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
-
İran vətəndaşından narkotik alan şəxslər tutuldu
-
Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutub - Paşinyan
-
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - (Foto)
-
Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Xilasedici jileti tapmadıq, qapını üzümüzə bağladılar” - (Video)
-
Lamiyyə Ələkbərova: "Universitetdə bloqerlə görüş edirlər, onlar tələbəyə nə öyrədəcək?”





