Hadisə

İran vətəndaşından narkotik alan şəxslər tutuldu

3 Sentyabr 2026 14:32
Baxış: 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.