Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyanın "Deportivo" klubunda çıxış edən Pyer-Emerik Obameyanq Qabon milli komandasında karyerasını başa vurmaq qərarına gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Pyer-Emerik Obameyanqın bu addımı Qabon hökumətinin Tyer Müyumanın rəhbərlik etdiyi məşqçilər korpusunu mübahisəli şəkildə vəzifədən uzaqlaşdırmasından sonra verdiyi bildirilir. Bundan əlavə, milli komandanın fəaliyyətinin dayandırılması, eləcə də bu ilin yanvarında Afrika Millətlər Kubokunda yaşanan uğursuzluq futbolçunun qərarına təsir edib.
Qabon yığması turnirdə mübarizə apardığı qrupda sonuncu pillədə qərarlaşıb və heç bir xal toplaya bilməyib. Həmin yarış zamanı Brüno Eküel-Manqa və Pyer-Emerik Obameyanq oyunlardan kənarlaşdırılıb.
Bir neçə gün sonra Qabon rəsmiləri əvvəlki qərarlarını dəyişərək Pyer-Emerik Obameyanqın yenidən milliyə dəvət olunmasına şərait yaradıblar. Buna baxmayaraq, futbolçu beynəlxalq karyerasını birdəfəlik başa çatdırmaq qərarına gəlib.
"Onlar məni alçaltdılar və bütün günahı mənim üzərimə atdılar. Halbuki Afrika Millətlər Kubokunda zədəli halda oynayırdım. Bu, son damla oldu və mən artıq burada dayanmağa üstünlük verirəm. Düşünürəm ki, komandanın problemləri mənim kimi sadə bir şəxslə bağlı məsələlərdən daha dərindir", - deyə hücumçu bildirib.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq klub karyerasını İspaniya çempionatında davam etdirir. O, yay transfer dönəmində Fransanın "Marsel" klubundan "Deportivo"ya keçib. Hücumçu artıq La Liqanın ilk üç turunda rəqib qapılarına üç dəfə yol tapıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
-
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - (Foto)
-
Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi
-
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
XƏBƏR LENTİ
-
Türkiyədə anbarda güclü yanğın - (Video)
-
Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər - Rəsmi
-
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
-
İran vətəndaşından narkotik alan şəxslər tutuldu
-
Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutub - Paşinyan
-
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - (Foto)
-
Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Xilasedici jileti tapmadıq, qapını üzümüzə bağladılar” - (Video)
-
Lamiyyə Ələkbərova: "Universitetdə bloqerlə görüş edirlər, onlar tələbəyə nə öyrədəcək?”
-
Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi
-
Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq
-
3 uşağı olan ailələrə sevindirici xəbər
-
Almaniyada şirkətə hücum: İki bolqarıstanlı saxlanıldı
-
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
-
Qızı Lalə Azərtaşı belə sevindirdi
-
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
-
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
-
İlon Maskın sərvəti bir ayda 202 milyard dollar artdı
-
Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
-
Gəmi qəzası ilə bağlı Şimali Kiprdə 3 azərbaycanlı saxlanıldı - (Foto)
-
Kiprdə batan gəmidə ürəkdağlayan hadisələr: Hər ikisi ailəsi üçün canını verdi - (Foto)
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı





