"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Danimarkanın "Midtyullann" klubundan "Trabzonspor"a keçən Frankulinu Cu Türkiyə təmsilçisinin tarixində ən yüksək transfer məbləği ilə alınan futbolçu olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun transferi üçün "Midtyullann"a zəmanətli olaraq 17 milyon avro ödəniləcək.
Bu məbləğlə Frankulinu Cu 15 milyon avroya "Trabzonspor"a keçən Aral Şimşiri geridə qoyaraq klubun rekord transferinə çevrilib. Tərəflər arasında "4+1" illik müqavilə imzalanıb.
"Bold" nəşrünün yaydığı məlumata əsasən, razılaşmada əlavə 8 milyon avro bonus bəndi də mövcuddur. Müəyyən şərtlər yerinə yetirilərsə, transferin ümumi dəyəri 25 milyon avroya yüksələcək.
Bundan başqa, hücumçunun fərdi statistikası və "Trabzonspor"un əldə edəcəyi idman nəticələri ilə bağlı nəzərdə tutulan əlavə 5 milyon avro bonus da aktivləşə bilər. Bu halda keçidin ümumi məbləği 30 milyon avroya çatacaq.
Transfer haqqının 5 il müddətində 8 ayrı ödənişlə həyata keçiriləcəyi bildirilir. Eyni zamanda, "Midtyullann" Frankulinu Cu-nun gələcək satışından əldə ediləcək mənfəətin 15 faizini alacaq.
Müqaviləyə əsasən, forvardın ilk 4 mövsümün hər birində 2 milyon 125 min avro qazanacağı qeyd olunub. Əlavə 1 illik müqavilə bəndindən istifadə ediləcəyi halda isə futbolçunun 2030/2031 mövsümündəki maaşı 2 milyon 406 min 250 avro təşkil edəcək.
Qeyd edək ki, hazırda bazar dəyəri 22 milyon avro göstərilən Qvineya-Bisau millisinin üzvü "Midtyullann"ın heyətində 117 oyuna çıxaraq 58 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
"Benfika"nın (Portuqaliya) yetirməsi olan Frankulinu Cu klub karyerasında ümumilikdə 142 qarşılaşmada 73 qol vurub və 19 məhsuldar ötürmə edib. Hücumçu Qvineya-Bisau millisində isə 14 oyunda 1 qola imza atıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)





