Cəmiyyət

Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama

3 Sentyabr 2026 15:38
Baxış: 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avstraliyanın Melburn Universitetində magistr təhsili alan azərbaycanlı rejissor Afaq Yusiflinin təhsil haqqının ödənilməsi ilə bağlı problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

A.Yusifli bildirib ki, universitetdən ödənişlə bağlı artıq dördüncü xəbərdarlığı alıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı vasitəsilə ödənilməli olan 25 500 manat universitetə köçürülməyib.

Tələbənin sözlərinə görə, vəsait 2025-ci ilin dekabrından ayrılıb, lakin 2026-cı ilin martında İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb. Universitet ödəniş oktyabrın ilk həftəsinə qədər edilməzsə, təhsilinin davamı ilə bağlı sanksiya tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından isə bildirilib ki, məsələ texniki xarakter daşıyır və müvəqqətidir. Qeyd olunub ki, problem seçki konfransından sonra həll ediləcək və Afaq Yusifliyə dəstək davam etdiriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.