Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əllə yazmağın klaviatura və ya telefonla yazmaqla müqayisədə beyin üçün daha çox fayda verdiyi müəyyənləşdirilib.
Milli.Az xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, ABŞ-nin Kaliforniya Universitetinin Mersed kampusunun nevroloqu Ramesh Balasubramaniam bildirib ki, əllə yazarkən baş verən fiziki proses beyində mühüm dəyişikliklər yaradır.
Mütəxəssislər bunun əsas səbəblərindən birinin əllə yazmağın daha yavaş olması ilə əlaqəli olduğunu bildirirlər. Belə ki, insan fikirlərini yazıya köçürərkən onları daha şüurlu şəkildə formalaşdırmaq üçün əlavə vaxt qazanır. Bu isə yaradıcı və tənqidi düşüncəni stimullaşdıra bilər.
Araşdırmalar əllə yazmağın yaddaşı da gücləndirdiyini göstərir. Hərflərin yazılması zamanı beynin müxtəlif bölgələri arasında əlaqələrin möhkəmləndiyi müəyyən edilib. Bu əlaqələr yeni məlumatların mənimsənilməsi və yadda saxlanılması üçün mühüm rol oynayır.
Van der Meer və həmkarlarının 36 universitet tələbəsi ilə apardığı araşdırmada bu təsirin klaviaturada yazarkən eyni şəkildə müşahidə olunmadığı bildirilib.
Tufts Universitetinin araşdırmasına görə, əllə qeyd aparan insanlar məlumatları daha yaxşı vizuallaşdıra və məkan təfəkküründən istifadə edə bilirlər. Bu da onların anlayışlarla bağlı suallarda daha yüksək nəticə göstərməsinə kömək edir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, qələm və ya karandaşla yazmaq klaviaturada düyməyə basmaqdan daha mürəkkəb fiziki prosesdir. Oxunaqlı hərf yazmaq üçün barmaqlar müxtəlif hərəkətlər etməli və təzyiqi idarə etməlidir.
Əllə yazmanın stressə də müsbət təsir göstərə biləcəyi bildirilir. Çinli alimlərin 2014-cü ildə apardığı araşdırmada kalliqrafiyanın stressi azaltmağa və ürək döyüntüsünü aşağı salmağa kömək etdiyi müəyyən olunub.
Mütəxəssislər rəqəmsal texnologiyaların geniş yayıldığı dövrdə belə gündəlik həyatda əllə yazmağa vaxt ayırmağı tövsiyə edirlər. Bunun üçün dəftər və qələm saxlamaq, qeydləri əl ilə aparmaq və mütəmadi kitab oxumaq faydalı hesab olunur.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
-
Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi
XƏBƏR LENTİ
-
Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - (Video)
-
Universitetlərə boş qalan yerlər üzrə qəbulun nəticələri açıqlandı
-
19 aptekdə nöqsanlar aşkarlandı
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"
-
Rusiyada hərbçiyə silahlı hücum: Zabit sinəsindən və üzündən vuruldu
-
Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı
-
11 min dollarlıq burun əməliyyatından sonra boşanmaq qərarı verdi - (Video)
-
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
-
Avstraliyadakı azərbaycanlı tələbə qovulmaq təhlükəsi ilə üz-üzədir - Rəsmi açıqlama
-
Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
-
Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə dələduzluq edənlərə 7 il həbs verildi
-
“Meta” yeni süni intellekt modelini istifadəyə verib
-
Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək
-
Rusiyada səfərbərlik olacaq? - Putin açıqladı
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
-
Günəşdə güclü partlayış oldu
-
Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi
-
Baldızının toyuna getməyən Fahriyedən diqqət çəkən paylaşım - (Fotolar)
-
Türkiyədə anbarda güclü yanğın - (Video)
-
Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər - Rəsmi
-
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi





