Şou-biznes

Nazilə Səfərlinin hamıdan gizlətdiyi xəstəliyi varmış

29 Aprel 2025 14:20
Baxış: 1 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şair və qiraətçi Nazilə Səfərli səhhətində yaranan ciddi problemdən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bir ayağı digərindən kiçildiyini bildirib.

Deformasiya nəticəsində bu problemlə üzləşən Nazilə bunları deyib:

"Alçaqdaban ayaqqabı geyinirəm. Hamıdan gizlətdiyim bir dərdim var idi. Bir ayağım digər ayağımdan 3 santimetr yarım kiçilmişdi. Bunun nəticəsində yeriməyimdə deformasiya olmuşdu. Buna görə insanlardan qaçırdım. Ayaqqabının digər tayının daban hissəsinə əlavə 3 santimetr yarım dabanlıq vuruldu. Yeriməyimdən kompleks keçirirdim və ona görə insanlardan gizlənirdim. Bu isə məni hüzursuz edirdi, üzüm gülmürdü. Bu problemini əməliyyatla aradan qaldırdıq. Canım ağrayırdı deyə insanlara aqressiv cavab verirdim. Amma bunların hamısı getdi. Mən dərdlərimi heç kimə danışmıram. Ona görə də insanların çoxu mənə qarşı aqressivdir. Elə düşünürlər ki, yekəxana və özümdən razıyam. Bir söz demirəm, canları sağ olsun. Amma dərdlərim və ağrı-acılarımla heç zaman gündəmə gəlmək istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.