Cəmiyyət

"Binanın divarları çat verib, gəlib baxıb gedirlər" - ŞİKAYƏT

29 Aprel 2025 11:08
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayonu İbrahim Əbilov küçəsindəki iki mərtəbəli binalardan sakinlər şikayət edir.

Milli.Az xəbər verir ki, binanın divarları çat verib, bünövrəsi deformasiyaya uğrayıb. Sakinlər deyir ki, ərazidə 10 belə bina var. Bu binalar qəzalı vəziyyətdədir. 50-ci illərin evləridir. Hər yerə şikayət eləmişik gəlib baxıb gedirlər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində 110-a yaxın problemli yaşayış məntəqəsi var.

"Bu binalar pilot layihə çərçivəsində mərhələli şəkildə söküləcək. Həmin qəzalı binaya da investorlar cəlb ediləcək, danışıqlar aparılacaq". 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.