Xətai rayonu İbrahim Əbilov küçəsindəki iki mərtəbəli binalardan sakinlər şikayət edir.
Milli.Az xəbər verir ki, binanın divarları çat verib, bünövrəsi deformasiyaya uğrayıb. Sakinlər deyir ki, ərazidə 10 belə bina var. Bu binalar qəzalı vəziyyətdədir. 50-ci illərin evləridir. Hər yerə şikayət eləmişik gəlib baxıb gedirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində 110-a yaxın problemli yaşayış məntəqəsi var.
"Bu binalar pilot layihə çərçivəsində mərhələli şəkildə söküləcək. Həmin qəzalı binaya da investorlar cəlb ediləcək, danışıqlar aparılacaq".
Aysel Əkbər
Milli.Az