"Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus mobil telefon nömrələri hərrac yolu ilə satışa çıxarılır.
Trend-in məlumatına görə, satışa çıxarılacaq mobil nömrələrin ilkin hərrac qiyməti 400 manatdan başlayaraq 3600 manatadək dəyişir.
Hərrac mayın 29-da saat 10:00-da baş tutacaq.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
"Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsinin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Hərraca çıxarılacaq mobil nömrələrin siyahısını təqdim edirik:
Milli.Az