İftar üçün menyu ideyaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "İftar menyusu"nu təqdim edir:
Qaymaqlı ispanaq şorbası
Ərzaqlar:
İspanaq - yarım kiloqram
Kərə yağı - 4 xörək qaşığı
Doğranmış soğan - yarım stəkan
Un - 3 xörək qaşığı
Toyuq suyu - 5 stəkan
Duz və istiot zövqə görə
Qaymaq - 1 stəkan
Hazırlanması:
İspanağı təmizləyin, saplaqlarını kəsin və iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin. Qazanda yağı əridin, soğanı əlavə edib rəngi dəyişənə qədər qovurun. İspanağı buraya əlavə edin və yumşalana qədər bişirin. Üstünə unu səpib, qarışdırın. Toyuq suyunu tökün və qarışdıra-qarışdıra qaynamasını gözləyin. Sonra blenderdə püre edin. Alınan püreni qazana əlavə edib, üzərinə duz, istiot, qaymaq əlavə edin. Bir az vam odda saxladıqdan sonra süfrəyə verin.
Tava kababı
Ərzaqlar:
400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor
Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)
Hazırlanması:
Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.
"Gül" peçenye
Ərzaqlar:
Yumurta - 2 ədəd
Duru yağ - 2 x/q.
Qatıq - 2 x/q.
Sirkə - 1 x/q.
Qabartma tozu - 1 paket
Kərə yağı - 125 qr.
Əzilmiş qoz - 1 st.
Nişasta - 2 x/q.
Un apardığı qədər
Şərbət üçün:
Şəkər tozu - 2 st.
Su - 1,5 st.
Limon şirəsi - 1 ç/q.
Hazırlanması:
Kənarda şəkər tozu və su ilə şərbət hazırla. Qaynadıqdan sonra içərisinə limon şirəsi töküb, soyumağa qoy. Qaba yumurta, duru yağ, qabartma tozu və sirkə töküb qarışdır. Üzərinə un əlavə edib, yumşaq xəmir hazırla və 15 dəqiqə gözlə. Sonra xəmirdən kiçik kündələr düzəldib, nişasta ilə boşqab böyüklüyündə yay. Ortasını birləşdirib içərisinə qoz töküb, şəkildəki formanı ver. Yağlanmış tavaya düzüb, üzərinə əridilmiş kərə yağı tök. Əvvəlcədən isidilmiş sobada qızarana qədər bişir. Hazır olduqdan sonra üstünə şərbət töküb, əzilmiş fındıq səp. (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov





