Ermənistan-Azərbaycan münaqişəsi

Şurnuxda 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

4 Yanvar 2021 16:03
Baxış: 1 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu evlər, bitişik torpaq sahələri ilə birlikdə Azərbaycana təhvil verilib. 

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə açıqlamasında, kəndlilər son əşyalarını topladığını bildirib. Kəndin Azərbaycana aid hissəsinə girişində nəzarət nöqtəsi qurulduğu bildirilib.

"Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar",-deyə Arşakyan qeyd edib.

Qeyd edək ki, sözügedən evlərin yerləşdiyi ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.