Ermənistan-Azərbaycan münaqişəsi

Erməni tərəfi 2400 hərbçisinin öldüyünü açıqladı

16 Noyabr 2020 12:59
Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağdakı döyüş əməliyyatları zamanı erməni hərbçilərinin ölüm sayı təxminən 2400 nəfərdir, bir neçə yüz nəfər isə itkin düşüb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, itkin düşənlər siyahısında olanlardan bəzilərinin hələ də sağ qaldıqlarına ümid etdiyini deyib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 1383, Səhiyyə Nazirliyi isə 2317 hərbçinin öldüyünü açıqlamışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.