Ermənistan-Azərbaycan münaqişəsi

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

26 Oktyabr 2020 17:12
Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə "Azəriqaz" bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

"İstehlalar Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə "Yüksələr bayrağımız, isinər ocağımız!" devizi ilə hərəkət etməyə hazırdır", - deyə qurum bəyan edib.

Daha ətraflı video materialı bu ünvanda izləyə bilərsiz:

https://www.facebook.com/1689434251369212/posts/2644814902497804/

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.