Ermənistan-Azərbaycan münaqişəsi

Münaqişə çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur - Politoloq

29 Sentyabr 2020 16:33
Baxış: 1 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hazırkı vəziyyətdə Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur.

Milli.Az bildirir ki, bunu Trend-ə qazaxıstanlı politoloq İslam Kurayev deyib.

O bildirib ki, Azərbaycanın bütün addımları beynəlxalq konvensiyalar çərçivəsindədir:

"Azərbaycan öz ərazi bütövlüyü uğrunda, öz ərazisində müharibə aparır, yəni öz suverenliyini müdafiə edir. Qeyd etmək lazımdır ki, beynəlxalq konvensiyalara və beynəlxalq hüquqa əsasən, bu və ya digər dövlətin ərazisində olan başqa ölkənin qoşunları işğalçı qüvvə hesab olunur və öz növbəsində ərazisi zəbt olunan ölkə öz sərhədlərinin müdafiəsi üçün hərbi güc tətbiqi hüququna malikdir".

Dağlıq Qarabağ münaqişə zonasında baş verən hadisələri şərh edən politoloq qeyd edib ki, Azərbaycan ordusu mühüm uğurlar əldə edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.