Suriya da İrandan üz döndərdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az haqqın.az-ın yazarı Cəmal Bustaninin müəllifi olduğu məqaləni təqdim edir.
Ötən şənbə Dəməşqdə İranın xarici işlər naziri Əmir Abdollahianla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlar keçirilib. Bu görüşlə bağlı rəsmi məlumatların azlığı İran-Suriya münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğunu təsdiqləyir.
Sanki tərəflər ətraf dünyanı hər şeyin çox yaxşı və buludsuz olduğuna, münasibətlərin sürətlə yeni parlaq zirvələrə doğru yüksəldiyinə və onlara heç nəyin mane ola bilməyəcəyinə inandırmağa çalışırlar.
"BMT Baş Assambleyasının sentyabrda göstərdiyi kimi, beynəlxalq diplomatik ab-hava Suriyanın xeyrinə dəyişib", - Abdollahian "əziz qardaş"ı Bəşərə sevinclə bildirir. Bəşər isə cavabında geniş təbəssümlə ümumi qələbədən, irəlidəki yüksəlişdən və "Qərb oxunun sarsıdıcı çöküşü"ndən danışır.
Abdollahianın sifətindən təbəssüm o biri otaqda, bağlı qapılar arxasında yoxa çıxdı...
Və bu mənzərə İran diplomatiyasının rəhbəri ilə Suriya prezidenti bağlı qapılar arxasına keçdikləri ana qədər davam edir. Orada isə göz-gözə danışıqlarda İran-Suriya münasibətlərinin bugünkü əsas mahiyyəti, yəni, artmaqda davam edən ziddiyyətlər özünü göstərir.
Bəşər Əsədi müxtəlif cür dəyərləndirmək olar, ancaq istənilən halda o, axmaq deyil, əks halda Yaxın Şərq və konkret olaraq Suriya terrariumunda sağ qala bilməz. Və o, çox gözəl anlayır: Əgər dörd-beş il əvvəl İran onun üçün xilasedici həb idisə, son illərdə Suriyanın zəhərinə çevrilib.
Daha çoxunu söyləmək olar - əgər əvvəllər Suriya müxalifəti "Əsədə ölüm!" şüarı ilə yaşayırdısa, indi buraya "İran işğalçılarına ölüm!" şüarı da əlavə olunub. Və Abdollahian "əziz qardaş"ı Bəşərlə birlikdə amerikalıların Əfqanıstandan çəkilməsini bayram edəndə düşünməliydilər ki, milyonlarla suriyalı üçün onların rejimi heç də əfqanlar üçün Talibandan və ya ABŞ-ın işğalından yaxşı deyil.
İran Əsəd rejimi üçün təkcə ağır yük deyil, həm də işğalçıdır...
Xatırlamaq yetərlidir ki, İran Suriyada planlı şəkildə sosial-etnik "ərazi formatlaşması" aparır, yəni Əsəd rejiminə loyal olmayan sünni ərəbləri torpaqlardan qovaraq yerinə şiə proksilərini və onların ailələrini yerləşdirir. Bu isə suriyalıların nəzərində işğaldan başqa bir şey deyil.
Ancaq Tehranla müttəfiqliyin Dəməşq üçün yükə çevrilməsinin əsas səbəbi puldadır. İranın Əsədi bəsləmək üçün pulu praktik olaraq qalmayıb. Əsədi tam həcmdə maliyyələşdirməyə davam etmək İranın öz daxilində partlayışa aparıb çıxara bilər. İranda Suriya ilə bağlı xərclər getdikcə daha çox ictimai narazılıq doğurur. İran biznesinin Suriyada əldə etdiyi konsessiyaların da istər İran büdcəsi, istərsə də Suriya iqtisadiyyatı üçün xüsusi rolu yoxdur.
Suriyanın rekonstruksiyasına və deməli həm də Əsəd klanının gəlirlərinin əvvəlki həcmdə bərpa olunmasına isə yalnız istər Körfəz monarxiyalarından, istərsə də digər dövlətlərdən gələn xarici investisiyalar kömək edə bilər - ancaq nə qədər ki, İran Suriyada "birinci skripka"dır, investisiyalar olmayacaq. Nəticədə Suriya-İran ittifaqı Əsədin özü üçün də toksik olaraq onu xarici yardımdan məhrum edir.
Əsəd İran süngülərinə arxayın ola bilər və elə onların sayəsində də Suriya ərazisinin böyük hissəsini öz hakimiyyəti altında saxlamağa nail olub. Ancaq bu süngülərdə nə qədər çox otursa, bir o qədər böyük narahatlıq hiss edir. Üstəlik, "İranla əlaqələri kəs - şokolad içində olacaqsan" tipli təkliflər də get-gedə daha çox səslənir - ilk növbədə BƏƏ-dən, elə Səudiyyə Ərəbistanı da kənarda qalmır. Və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MIT) rəhbəri Hakan Fidanla Suriyanın Milli kəşfiyyatının başçısı Əli Məmlükün müntəzəm görüşlərində də gələcək iqtisadi və siyasi perspektivlərlə bağlı Əsədə xoş olan maraqlı söhbətlər aparılır.
Əgər əvvəllər, Rusiyanın Dəməşqə yardım ekspedisiyasına qədər Tehran Suriya rejiminin yeganə partnyoru idisə, hazırda bu eksklüzivliyi itirməkdədir. Və Dəməşq nə qədər gec deyil Tehrandan uzaqlaşmağa başlayıb. Elə görünür, Tehranda bunu görməməyə üstünlük verirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Tehrandan nüvə təhdidi
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)





