İran

İran Ermənistanda korona vaksininə görə alçaldılır

16 İyul 2021 12:24
0 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Korona vaksini vurdurmaq üçün Ermənistana üz tutan iranlıların durumu o qədər acınacaqlıdır ki, yerli və xarici mətbuatın gündəminə çevrilib və İrana həqarət qazandırır.

Milli.Az xəbər verir ki, Ermənistanda korona vaksininin vurulması və İran vətəndaşlarının bunun üçün bu ölkəyə üz tutması bu günlərdə yerli və xarici mətbuatda yer alan kədərli mövzuya çevrilib.

İranlılar üçün yaxşı ev sahibliyi etməyən, kiçik bir ölkə olan Ermənistanda koronavirus vaksini vurulduğu haqqında yazmışdıq.

Ermənistanda korona vaksinasiyasını bəlkə də bir faciə hesab etməliyik, bunun əsas günahkarı vaksinasiya işinə laqeyd yanaşan İranın ilgili qurumlarıdır.

Çox sayda İran vətəndaşı korona vaksini vurdurmaq üçün böyük xərclərə qatlaşaraq Ermənistana üz tutub. Kartonlarda və küçələrdə yatmaqdan və izdihamlı növbələrdən tutmuş sərgərdan qalmağa qədər, bütün bunlar Ermənistanda vaksinasiyanın iranlılara qazandırdığı "töhfələr"dir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.