İran

İran Dövlət Televiziyasının qərargahı vuruldu

1 Mart 2026 23:30
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın rəsmi yayımçısı "Amerikan-Sionist düşməni" adlandırdığı qüvvələrin IRIB (İslam Respublikası İran Yayımçılığı) kompleksinin bir hissəsini vurduğunu elan edib.

Milli.Az xəbər verir ki, IRINN xəbər kanalının aparıcısı canlı yayımda bir neçə dəqiqə əvvəl kompleksin hücuma məruz qaldığını bildirib.

Hücuma baxmayaraq, yayımın hələlik normal rejimdə davam etdiyi və texniki heyətin dəyən ziyanı qiymətləndirdiyi qeyd olunub.

IRIB qərargahı 2025-ci ilin iyun ayındakı müharibə zamanı da vurulmuşdu. O vaxtkı hücumda studiyanın tavanının çökməsi və aparıcının canlı yayımı tərk etməsi yaddaşlara həkk olunmuşdu.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.