İran

Tehran xəbərdarlıq etdi: Gərginlik daha da arta bilər

16 Aprel 2026 15:56
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin Hörmüz boğazını blokadaya almasının bölgədəki atəşkəs rejimini poza biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun bu addımları beynəlxalq hüquqa ziddir və gərginliyi daha da artırır.

Bəqai qeyd edib ki, vəziyyət daha da kəskinləşərsə, İran Silahlı Qüvvələri cavab tədbirləri görməyə hazırdır və Hörmüz boğazının blokadasını "təxribat xarakterli addım" adlandırıb.

Eyni zamanda Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ-nin İrana hələ atəşkəsin uzadılması ilə bağlı təklif təqdim etmədiyini açıqlayıb.

Məlumatlara görə, münaqişə başlayandan sonra bölgədə gərginlik artıb və ABŞ CENTCOM vasitəsilə İran limanlarına giriş-çıxışı məhdudlaşdıran addımlar atıb.

Asya
Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.