İran

Pezeşkian: İranın problemlərini təkbaşına həll edə bilmərəm

27 Dekabr 2025 23:24
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mən dəfələrlə demişəm ki, ölkənin problemləri mənim təkbaşına həll edə biləcəyim yox, bizim birlikdə edə biləcəyimiz problemlərdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkənin ali dini rəhbəri Xameneinin saytında yazılanlara cavab olaraq deyib.

İranın ali rəhbərinin saytında qeyd olunub ki, "Qərb mediası" Pezeşkianın ölkəadaxili problemləri həll edə bilməyəcəyini düşünür.

"Biz bütün bu problemləri, sanksiya və təzyiq maneələrini aşacağıq", - Pezeşkian əlavə edib. İslam Respublikasının Prezidenti bildirib ki, əhalinin təminatının yaxşılaşdırılması ilə bağlı 20 bənddən ibarət plan təqdim olunub. Təklifin həyata keçirilməsi üçün parlament və bəzi qurumların iqtisadi qrupları arasında əməkdaşlığa başlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.