Üç il əvvəl Azərbaycana hədə-qorxu gələn İran generalı öldürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları zamanı İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generallarından biri Abbas Nilforuşan öldürülüb. Yaxın Şərq mənbələrinin məlumatına görə, hücum zamanı general "Hizbullah" qərargahında olub.
Milli.Az bildirir ki, Nilforuşanın ölümü barədə məlumatlar İsrailin Livandakı "Hizbullah"a məxsus strateji obyektlərə endirdiyi zərbələrdən sonra yayılıb. Təsdiqlənməmiş məlumatlara əsasən, Abbas Nilforuşan regiondakı İran tərəfdarı qüvvələrin fəaliyyətini əlaqələndirirdi və Tehran rejiminin "Hizbullah"a dəstək strategiyasında əsas fiqurlardan biri hesab olunurdu. Onun qərargahda olması hərbi dairələrdə və Yaxın Şərqdəki münaqişələri izləyən analitiklər arasında ciddi rezonans doğurub.
SEPAH-ın Əməliyyat Komandanlığının komandir müavini, peneral Sərdar Abbas Nilforuşan 2021-ci ilin oktyabr ayında Araz çayı sahillərində keçirilən genişmiqyaslı hərbi təlimlər zamanı Azərbaycana qarşı hədə-qorxu gəlmişdi. O zaman o, Azərbaycanın adını çəkməsə də, İsrailin "bəzi qonşu ölkələrdə iqtisadi fəaliyyət adı altında İrana qarşı kəşfiyyat məlumatları toplamağa çalışdığını" bəyan etmişdi.
Generalın sözlərinə görə, "İsrail bölgədəki xalqlar arasında kök salmış İslam inqilabının qüdrətini anlamadan, qonşu ölkələr vasitəsilə İrana qarşı məlumat toplama cəhdləri göstərir."
Nilforuşan həmçinin qeyd etmişdi ki, İran təhdidlərə dinc yolla cavab verir, lakin Azərbaycanla sərhəddə yeni hərbi strategiya hazırlayır: "Biz qonşu ölkələrdə düşmənlərimizin mövcudluğunu qəbul edə bilmərik. Bu, bizim üçün qəbuledilməzdir və öz təhlükəsizliyimizi təmin etməliyik. Bu baxımdan, SEPAH-ın quru qoşunları İranın şimal-qərbində yeni bir strategiya tətbiq edib. Biz düşmənlərimizlə harada lazımdırsa, orada mübarizə aparacağıq."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





