İran

Xamenei xalqa müraciət etdi

22 Sentyabr 2026 19:31
Baxış: 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Dünya sisteminin, xüsusilə ABŞ hökuməti və İsrailin hərbi hücumlarının tüğyan etdiyi bir dövrdə, təqva və əxlaqla birləşən bilikdən doğan güc təcavüzkarların əllərini bəşəriyyətdən kəsmək üçün polad sipər və iti qılıncdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranda yeni tədris ili ilə əlaqədar ölkənin Ali Rəhbəri Müctəba Xameneinin müraciətində yer alıb.

Müraciətdə yeni tədris ilində məktəblərə qədəm qoyan gənclərə və tələbələrə xüsusi çağırış olunub:

"İndiki şagirdlər bir qədər əvvəl həmin məktəb partalarında əyləşən, indi isə vətənin və şərəfin müdafiəsi uğrunda müxtəlif cəbhələrdə izzət və iqtidar yaradan nəsillərin yolunu davam etdirirlər. Həmin qəhrəmanlar və onlardan əvvəl eyni sinif otaqlarında əyləşərək ölkənin əzəmət simvoluna çevrilən fədakar şəxsiyyətlər gənclər üçün əbədi mayak və örnək olacaqlar".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.