Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirib.
Milli.Az xəbər verir ki, Tramp əldə olunan irəliləyişi "altı ay ərzində baş vermiş möcüzə" adlandıran Prezident İlham Əliyevin sözlərini sitat gətirib.
"Azərbaycan Prezidenti dedi: "Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu heç kimin mümkün hesab etmədiyi tamamilə möcüzəvi hadisə idi", - deyə Tramp bildirib.
ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşmanı öz prezidentliyi dövründə, həllinə nail olunmuş münaqişələr sırasında qeyd edib.
O, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərindən sitat gətirib. Trampın sözlərinə görə, Paşinyan əldə olunan irəliləyişin ABŞ Prezidentinin şəxsi iştirakı və onun sülhə qəti sadiqliyi olmadan mümkün olmayacağını bildirib.
Tramp Azərbaycan və Ermənistan arasında normallaşmanı Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, eləcə də Pakistan və Hindistan arasında əldə olunan razılaşmalarla yanaşı qeyd edib.
Trampın sözlərinə görə, münaqişələrin nizamlanması zamanı o, ölkə liderləri ilə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və tariflərin tətbiqi hədəsindən istifadə edib, lakin yanaşma konkret ölkədən asılı olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Video/Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)





