İran

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

21 Sentyabr 2024 11:55
Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç bir düşmən İran torpaqlarını işğal etməyə cəsarət etməz.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İran ordusunun hərbi parad mərasimində çıxışı zamanı deyib.

"Bu gün biz bütün dünyaya qətiyyətlə bəyan edirik ki, ölkəmizi qorumaqla yanaşı, islam ölkələrinin birliyi sayəsində regionumuzda sülh və təhlükəsizliyi qoruyub saxlaya, şərəf və qürurumuzu bütün dünyaya göstərə bilərik.

Bu birlik sayəsində biz qəsbkar, qaniçən və cinayətkar, qadına, kişiyə və uşaqlara aman verməyən İsrailin qarşısını ala bilərik. Əgər biz bir olsaq və gücümüzü birləşdirsək, İsrail cinayətlərini davam etdirə bilməyəcək", - deyə İran prezidenti əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.