İran

Liftdə dəhşətli qəza: Qadın işçi faciəli şəkildə həlak oldu - VİDEO

7 Avqust 2024 16:27
Baxış: 3 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran şəhər bələdiyyəsində baş verən liftlə bağlı dəhşətli qəza nəticəsində qadın işçilərdən biri faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bununla bağlı binanın daxilində quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntüləri yayıb.

Videoda qəzanın necə baş verdiyi aydın şəkildə görünür. Məlum olur ki, bələdiyyə işçisinin başı söhbətə qarışdığından liftin gəldiyini vaxtında görməyib. Yanındakı həmkarı isə qapının bağlanmasının qarşısını almaq məqsədilə sənəd qovluğunu liftin qapısına sıxışdırıb. Təəssüf ki, qapı yenidən açıldıqda lift artıq hərəkətə keçmiş olub və qadın işçi ehtiyatsızlıqdan boşluğa yıxılaraq həyatını itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.