İran

Zəmanət veririk, İran heç vaxt bunu əldə etməyəcək - ABŞ

10 May 2024 10:54
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair hər cür zəmanət verir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Əli Xameneinin müşaviri Kamal Xərrazinin İranın nüvə doktrinasını dəyişə biləcəyi ilə bağlı çıxışına cavabında deyib.

Xameneinin müşavirinin bəyanatını məsuliyyətsiz adlandıran Miller Vaşinqtonun problemi diplomatiya yolu ilə həll etməkdə maraqlı olduğunu söyləyib:

"ABŞ prezidenti və dövlət katibinin dediyi kimi, bütün variantlar masa üzərindədir. Birləşmiş Ştatlar bütün vasitələrdən istifadə edərək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi güdür. İran liderlərinin bütün dünyada fəaliyyətinin intensivləşməsini, o cümlədən Atom üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməmələrini nəzərə alsaq, biz indi diplomatiyadan uzağıq".

Qeyd edək ki, İran dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Xərrazi Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində İranın nüvə silahı əldə etmək gücünə malik olduğunu, İsrailin İrandakı nüvə obyektlərinə hərbi hücumu halında Tehranın nüvə doktrinası barədə qərarını dəyişəcəyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.