İran

İranda şəxsi təyyarə qalmaqalı

30 Aprel 2024 19:40
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə İran Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Məhəmmədibəxşin  ölkədə şəxsi təyyarə alınmasının sərbəst olduğu barədə açıqlaması cəmiyyətdə geniş əks-səda doğurub və sosial şəbəkələrin İran seqmentində əsas müzakirə mövzularından birinə çevrilib.

Milli.Az bildirir ki, "Azad İran" "YouTube" kanalında yayımlanan videoda qeyd olunub ki, ölkə əhalisinin mütləq əksəriyyətinin ciddi dolanışıq problemləri yaşadığı, eləcə də bir sıra bahalı xarici malların ölkəyə gətirilməsinə hökumətin qadağa qoyduğu bir şəraitdə bu qərar çoxsaylı sual doğurub və varlı təbəqə üçün nəzərdə tutulan daha bir imtiyaz kimi dəyərləndirilib.

Məsələ o qədər geniş reaksiyalar doğurub ki, aprelin 22-də Mülki Aviasiya Təşkilatı bununla bağlı ayrıca bəyanat yaymaq məcburiyyətində qalıb. Lakin bu da sosial mediada narazılıq, hiddət və kinayə dolu çıxışların qarşısını ala bilməyib.

Mülki Aviasiya Təşkilatı sədrinin açıqlamasına ilk reaksiya verənlərdən biri, əvvəllər aparıcı hökumət qəzetlərində çalışan tanınmış jurnalist Azadə Muxtari yazıb: 

"Sanksiyaların vəzifəli şəxslərin və onların övladlarının həyatına heç bir təsir göstərmədiyinin aydın göstəricisi! Buyurun, şəxsi təyyarəni yüksək vəzifəli məmurlardan, onların övladlarından və təbii ki, onlara bağlı olan iki faiz hədsiz sərvət sahiblərindən başqa kim ala və idxal edə bilər? Ümumiyyətlə, şəxsi təyyarə ölkənin hazırkı problemlərinin hansına çarə qılacaq?"

Həmin posta münasibət bildirən izləyicilərdən biri isə qısa və sərrast şəkildə yazıb: 

"Xalqa yanıq vermək və onu ələ salmaq elə budur!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.