İran

Yazıçı vəfat etdi

7 Aprel 2024 11:28
Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərdəbil şəhərindən olan yazıçı, şair, jurnalist və mədəni fəal Müjgan Siyami Ərdəbili aprelin 6-da vəfat edib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

1971-ci ildə anadan olan Müjgan Siyami Ərdəbili Azərbaycan və fars dillərində nəşr olunan "Saray" dərgisinin məsulu olub.

O, İranda Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün fəaliyyət göstərən az saylı xanım fəallardan olub.

Xanım yazıçı "Son seans", "Ərdəbilnamə", "Yaşamadım, qusdum" kimi şeir və hekayələr, habelə fars dilində bir neçə kitabın müəllifidir.

Bununla yanaşı o, bir çox roman, hekayə və ədəbi-tarixi əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə edib.

Dinc fəaliyyətlərinə görə həbs edilən xanım jurnalistin iki dəfə həyatına sui-qəsd olub, uzun müddət həbsdə qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.