İran

Güneydə təqaüdçülər etirazlara başladı

5 Fevral 2024 19:33
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölmələrinin binaları qarşısında etiraz aksiyası keçiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə nümayişçilər sosial media kanallarında paylaşım ediblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.