İran

İran uranın zənginləşdirilməsini 60 faizə çatdırıb

26 Dekabr 2023 17:32
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran uranın zənginləşdirilməsini 60 faizə çatdırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin qeyd edib ki, söhbət Nətənz və Fordo regionlarında yerləşən iki nüvə obyektindən gedir. İrandan uranın zənginləşdirilməsi sürəti ay ərzində 3-9 kq qiymətləndirilib.

Həmçinin əlavə olunub ki, bu məlumatlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesabatına istinadən dərc edilib. İranın ötən ayın sonundan etibarən uranın zənginləşdirilməsi sürətini artırmağa başladığı bildirilib. AEBA-nın qiymətləndirməsinə əsasən, atom silahı istehsal etmək üçün uranın 90 faizə qədər zənginləşdirilməsi lazımdır və 1 atom bombası üçün təxminən 42 kq material nəzəri cəhətdən kifayətdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.