İran

İranın tanınmış sünni din xadimi saxlanıldı - FOTO

21 Avqust 2023 11:29
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İslam Respublikasının dövlət qurumuna istinadən məlumat yayıb.

Məlum olub ki, onun barəsində cinayət işi cümə xütbələrində çıxışlarına və "güclü təxribat xarakterli mövqe tutmağına" görə açılıb.

"Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilib, lakin Zahidan şəhərindəki sünni məscidinin imamı öz mövqeyində israr edib", - deyə Sistan və Bəlucistan əyalətinin Məhkəmə-Ədliyyə İdarəsinin yaydığı bəyanatda deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.