İranın Hormozqan əyalətinin Bəndər-Abbas şəhərində bu gün bir məhbusun edam hökmü icra edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.
İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, edam edilən məhbus qəsdən adam öldürməkdə ittiham olunaraq həbs edilib. Məhbusun adı barədə isə dəqiq bir məlumat yoxdur.
Qeyd edək ki, təşkilat sözügedən həbsxanada daha iki məhbusun edam hökmünün verildiyini və təkadamlıq kameraya köçürüldüyünü qeyd edib.
Milli.Az