İran

Son bir ayda İranda 168 nəfər həbs edilib

1 İyul 2023 16:52
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İnsan Haqları Təşkilatı iyun ayında həbs edilən vətəndaşların sayının əvvəlki ayla müqayisədə 57% artdığını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, son bir ayda İranda 168 nəfər həbs edilib. Onlardan 77-nin kürd, 50-nin isə bəluc vətəndaşı olduğu bildirilib.

Qeyd edilib ki, dini azlıqların həbsləri əvvəlki aylarda olduğu kimi iyunda da davam edib. Son bir ayda ən azı beş dini fəal İran hakimiyyəti tərəfindən həbs edilib.

Statistikaya görə, son bir ayda İranda təhlükəsizlik orqanları tərəfindən azı 25 qadın həbs edilib ki, bu da məhbusların ümumi sayının 15%-nə bərabərdir.

Hesabatda ən azı dörd media fəalının həbs edildiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.