İran

İran İsraili hədələdi: Böyük müharibə olacaq...

24 May 2023 12:57
Baxış: 1 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın nüvə obyektlərinə hücum böyük bir müharibə demək olacaq və bunun üçün İsrail məsuliyyət daşıyacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı yüksək rütbəli iranlı mənbəyə istinadla məlumat yayıb.

"İsrailin İranı nüvə obyektlərinə hücumla hədələməsi rəsmi terrordur və beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermir. İran müharibəyə can atmır, lakin dünya anlamalıdır ki, İsrailə cavab vermək üçün Tehranın "qırmızı xətləri" yoxdur", - mənbə vurğulayıb.

Qeyd edək ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın uranı rekord sürətlə zənginləşdirdiyini, bunun İsrailin cavabına səbəb ola biləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.