Ölkə

"Məktəbəqədər təhsilə cəlb olunan hər bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir"

15 Dekabr 2025 23:20
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

O, bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub. Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır:

"Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunub. Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda bu, 2 milyard manatdan da yuxarı vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəmlər deyil. Yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi".

Nazir xarici təcrübəni örnək gətirərək qeyd edib ki, dünyanın aparıcı ölkələrində də məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşməsi modelinə rast gəlinmir.

"Bir neçə həll yolu ortaya qoymuşuq. Biri icma əsaslı məktəbəqədər təhsildir, digəri dövlət-özəl partnyorluğudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.