Cəmiyyət

Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil

15 Dekabr 2025 23:05
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kənar əşyalar da çantaya qoyulanda belə hallar yaranır.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Nazirin fikrincə həmin çantanı yükləyən tərəf nazirlik deyil:

"Bizim edə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.